Gəncədə Milli Mətbuat Günü ilə bağlı Əsgər ağa Goraninin məzarı ziyarət olunub

Gəncədə Milli Mətbuat Günü ilə bağlı Əsgər ağa Goraninin məzarı ziyarət olunub
# 22 iyul 2016 12:31 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Milli Mətbuat Günü ilə bağlı Həsən bəy Zərdabinin məsləkdaşlarından və “Əkinçi” qəzetinin yaradıcılarından olan Əsgər ağa Goraninin məzarı ziyarət olunub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, Gəncədə çalışan jurnalistlər hər il olduğu kimi bu il də olan Əsgər ağa Goraninin məzarını ziyarət ediblər.

Qeyd olunub ki, öz dövrünün ən işıqlı simalarından olmuş Əsgər ağa Gorani tarixə maarifçi, xeyriyyəçi, publisist , tərcüməçi, teatr xadimi kimi daxil olub.

“Əkinçi”nin 17 nömrəsində onun 39 məqaləsi dərc olunub. Əsgər ağa Gorani maarifçilik və xeyriyyəçilik əməlləri ilə də tarixə düşüb. Ömrünün son 5 ilini Gəncə şəhər bələdiyyə sədri işləyən Əsgər ağanın təşəbbüsü və şəxsi vəsaiti ilə Gəncədə biri qızlar üçün olan dörd məktəb, bir xəstəxana açılıb, sahil bağı salınıb, yollar və küçələr abadlaşdırılıb, yeni binalar inşa edilib, Nizami Gəncəvinin qəbri təmir olunub.

1857-ci ildə Gəncə bölgəsinin Goran kəndində doğulan Əsgər ağa Goranı 1910-cu ildə vəfat edib və Gəncədə yerləşən “Şəbiskar” qəbiristanlığında dəfn olunub.

Bu gün həmçinin Gəncə şəhər İcra Hakimiyyətində 22 İyul Milli Mətbuat Günü münasibəti ilə tədbir keçirilib. Tədbirdə medianın cəmiyyətdəki rolundan danışılıb və bölgədə çalışan jurnalistlərin əməyi yüksək qiymətləndirilib. Tədbirdə həmçinin fəaliyyətində fərqlənən media işçiləri təltif olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR