“İki sahil” qəzeti Neft Daşlarının 65 illiyi münasibəti ilə xüsusi buraxılış hazırlayıb - FOTO

“İki sahil” qəzeti Neft Daşlarının 65 illiyi münasibəti ilə xüsusi buraxılış hazırlayıb - <span style="color: red;">FOTO
# 07 noyabr 2014 15:13 (UTC +04:00)

Bakı-APA. “İki sahil” qəzeti Neft Daşlarının 65 illiyi münasibəti ilə yüksək dizaynlı xüsusi buraxılış hazırlayıb.

“İki sahil” redaksiyasından APA-ya verilən məlumata görə, Heydər Əliyevin “Neft Daşları XX əsrdən XXI əsrə atılmış korpüdür” sözləri xüsusi buraxılışın leytmotivini təşkil edir. Buraxılışda ümummilli lider Heydər Əliyevin Neft Daşlarında olduğu müxtəlif dövrləri əhatə edən geniş məqalə və fotoşəkillər yerləşdirilib. Eyni zamanda, Prezident İlham Əliyevin Neft Daşlarına səfərlərindən bəhs edən yazılara və fotoşəkillərə geniş yer verilib, dövlətimizin başçısının əfsanəvi dəniz şəhərinin inkişafına dair göstəriş və tapşırıqları diqqətə çatdırılıb. ARDNŞ-nin prezidenti Rövnəq Abdullayevin hesabat xarakterli məqaləsində Neft Daşlarının keçmişi və bu günü barədə əhatəli məlumat verilib, onun 65 illik yubileyi neft qaz sənayesi tarixində əlamətdar hadisə kimi dəyərləndirilib. ARDNŞ-nin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə isə “Gəncliyimizin yadigarı” başlıqlı yazısında öz xatirələrini oxucularla bölüşüb. Xüsusi buraxılışda, həmçinin ARDNŞ-in vitse-prezidentləri Süleyman Qasımovun, Mikayıl İsmayılovun, Rəhman Qurbanovun, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyevin, “Azneft” İstehsalat Birliyinin baş direktoru Daşqın İskəndərovun, “Neft Daşları” NQÇİ-nin rəisi Qoçalı Mahmudovun, “Azneft” İstehsalat Birliyinin baş mühəndisi, baş direktorun birinci müavini Balamirzə Ağarəhimovun, Geofizika və Geologiya İdarəsinin rəisi Vaqif Abdullayevin, İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin rəisi İlham Aslanovun, “Neftqaztikinti” Trestinin müdiri Mirkazım Abasovun, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun direktoru Fəxrəddin İsmayılovun, Təhlükəsizlik İdarəsinin rəisi Rəşad Əliyevin və başqalarının məqalələri də dərc olunub. Qəzetin yubiley buraxılışı Neft Daşları haqqında maraqlı və zəngin tarixi xronika ilə tamamlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR