Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə daxilolmalar 20% artıb

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə daxilolmalar 20% artıb
# 01 iyul 2015 08:35 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin iyun ayı ərzində İcbari Sığorta Bürosunun informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 78,396 müqavilə qeydiyyata alınıb.

İcbari Sığorta Bürosundan “APA-Economics”ə verilən məlumata görə, bunların 13,769-u xarici ölkədə qeydiyyata alınmış və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib. Qeyd olunan dövrdə bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği isə 6,3 mln. manat təşkil edib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 13%, sığorta haqlarının məbləğində isə 25% artım müşahidə edilib.

Bu ilin yanvar-iyun ayları ərzində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 476 minə yaxın sığorta müqaviləsi bağlanıb və bu müqavilələr üzrə sığorta haqları 36,4 mln. manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 14%, sığorta haqlarının məbləğində isə 20% artım müşahidə edilib

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR