Goranboyda kombayn yanıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Goranboy rayonu Hacallı kəndində kombaynın mühərrik hissəsi və 2 ədəd qabaq təkəri yanıb, qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.