Bank Of Baku

Boçorişvili: Azərbaycan-Gürcüstan əməkdaşlığı Avropanın təhlükəsizliyi kontekstində çox mühümdür

Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili

© APA | Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili

# 24 noyabr 2026 19:03 (UTC +04:00)

Azərbaycan-Gürcüstan əməkdaşlığı Avropanın təhlükəsizliyi kontekstində çox mühümdür.

APA xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, hətta Avropada Azərbaycan-Gürcüstan əməkdaşlığının enerji təhlükəsizliyi və diversifikasiyası baxımdan həyati dərəcədə əhəmiyyətli olduğunu deyirlər:

"Avropa təhlükəsizliyinin təmin edilməsi məhz ə Azərbaycan və Gürcüstan tərəfindən onilliklər ərzində həyata keçirilən layihələrin əsasında mövcuddur. Bu, bu gün regionda mövcud olan real bazadır, bu, Gürcüstan və Azərbaycanın yaratdığı əməkdaşlıq tarixidir. Avropanın təhlükəsizlik yolu məhz Cənubi Qafqazdan keçir və burada baş verənlər onilliklər ərzində Gürcüstan ilə Azərbaycan arasında formalaşmış möhkəm tərəfdaşlıq münasibətləri, əməkdaşlıq, dostluq sayəsindədir. Bu münasinətlər ümumilikdə Avropa gündəliyinə və Avropa təhlükəsizliyinə töhfə verə bilər".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR