Dövlət Baytarlıq Nəzarəti Xidməti iyunun 1-dən gücləndirilmiş iş rejiminə keçir

Dövlət Baytarlıq Nəzarəti Xidməti iyunun 1-dən gücləndirilmiş iş rejiminə keçir
# 19 may 2015 12:48 (UTC +04:00)

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, əmrdə Bakı, Mingəçevir şəhər və turizm infrastrukturunun inkişaf etdiyi Qəbələ, Şəki, İsmayıllı, Şamaxı və Qusar rayon baytarlıq idarələrinin mayın 1-dən iyulun 1-dək gücləndirilmiş iş rejimində çalışmaları, Bakı şəhər Baytarlıq İdarəsi və onun tabeliyində çalışan işçilərin işə davamiyyəti təsdiq edilmiş “iş rejiminə” uyğun həyata keçirmələri, mülkiyyət formasından asılı olmayaraq heyvanların, heyvan mənşəli məhsulların və xammalın ticarəti aparılan bütün yerlərdə dövlət baytarlıq nəzarətinin gücləndirməsi tapşırılır.

Eyni zamanda əmrdə ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda və dövlət baytarlıq (baytarlıq-sanitariya) nəzarətindən keçməyən heyvan mənşəli məhsulların və xammalın satışının qarşısı alınması, bazarlarda baytarlıq-sanitariya ekspertiza işlərinin aparılması keyfiyyətinin artırılması, mal bazarlarında, eləcə də kənd təsərrüfatı məhsulları satılan ticarət mərkəzlərində baytarlıq-sanitariya qaydalarına əməl edilməsinin təmin olunması, həmçinin əhali arasında baytarlıq maarifləndirmə işinin təşkili və həyata keçirilməsinin vacibliyi öz əksini tapıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR