Bu il paytaxt məktəblərini bitirəcək XI sinif məzunlarının sayı azalıb

Bu il paytaxt məktəblərini bitirəcək XI sinif məzunlarının sayı azalıb
# 11 aprel 2013 11:01 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu il Bakı şəhər məktəblərini bitirən XI sinif məzunlarının sayı azalıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı APA-ya açıqlamasında bildirib ki, paytaxt məktəblərində bu il 22 minə yaxın şagird XI sinfi, 30 minə yaxın şagird isə IX sinfi bitirəcək. Onun sözlərinə görə, ötən illə müqayisədə XI sinifləri bitirəcək şagirdlərin sayı azalıb: “Amma IX sinif şagirdlərinin sayı sabitdir. Belə ki, ötən il də IX sinifləri bitirən məzunların sayı builki kimi 30 min olub. XI sinifləri bitirənlərin sayı isə ötən il 23 minə yaxın idisə, bu il rəqəmlər 22 minə yaxındır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR