Milli Məclisə seçkilərlə əlaqədar maliyyə hesabatlarının təqdim edilməsi müddəti açıqlanıb

Milli Məclisə seçkilərlə əlaqədar maliyyə hesabatlarının təqdim edilməsi müddəti açıqlanıb
# 05 noyabr 2015 14:14 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Milli Məclisə seçkilərlə əlaqədar məntəqə seçki komissiyalarının dövlət büdcəsindən ayrılmış vəsaitin daxil olması və xərclənməsi barədə maliyyə hesabatlarını dairə seçki komissiyalarına (DSK) təqdim etmələri üçün ayrılan müddət sabah başa çatır.

APA-nın məlumatına görə, Seçki Məcəlləsinə əsasən məntəqə seçki komissiyaları dövlət büdcəsindən ayrılmış vəsaitin daxil olması və xərclənməsi barədə maliyyə hesabatlarını səsvermə günündən sonra 5 gün müddətində DSK-lara təqdim etməlidirlər.

Milli Məclisə seçkilərlə əlaqədar bu müddət noyabrın 7-dək olan dövrü əhatə edir. DSK-lar isə dövlət büdcəsindən ayrılmış vəsaitin daxil olması və xərclənməsi barədə maliyyə hesabatlarını səsvermə günündən sonra 10 gün müddətində, yəni noyabrın 12-dək Mərkəzi Seçki Komissiyasına təqdim etməlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR