“Neftçi” klubuna yeni vitse-prezident və müşavir təyin olunub

“Neftçi” klubuna yeni vitse-prezident və müşavir təyin olunub
# 04 sentyabr 2014 11:55 (UTC +04:00)

Bakı - APA. “Neftçi”nin prezidenti Sadıq Sadıqovun rəhbərliyi ilə bu gün klubdaxili iclas keçirilib.

Apasport.az saytının məlumatına görə, iclasda vitse-prezident səlahiyyətlərinin icrası müvəqqəti olaraq “Neftçi” PFK-nın icraçı direktoru Mübariz Xudiyevə tapşırılıb. Elnur Əşrəf oğlu Şükürov klub prezidentinin müşaviri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Tahir Süleymanov “Neftçi”nin Sloveniyanın “Koper” klubuna Bakıdakı məğlubiyyətindən (1:2) sonra vitse-prezident vəzifəsindən istefa verib. Klubda müşavir funksiyasını sonuncu dəfə Böyükağa Hacıyev icra edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR