Azərbaycanda xanım bələdiyyə sədrini və onun həyat yoldaşını öldürən şəxs tutulub - YENİLƏNİB - VİDEO

Azərbaycanda xanım bələdiyyə sədrini və onun həyat yoldaşını öldürən şəxs tutulub - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 08 iyun 2015 08:16 (UTC +04:00)

APA-nın əldə etdiyi məlumata görə, Saray bələdiyyəsinin sədri, 1976-cı il təvəllüdlü Vəsilə Həsənovanın yaşadığı evə daxil olan şəxs onu və həyat yoldaşı Vəfadar Həsənovu qətlə yetirib.

Həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində qətli törədən şəxsin Saray qəsəbə sakini, 1980-cı il təvəllüdlü Fədai Güloğlan oğlu Hüseynov olması müəyyən edilib və o saxlanılıb.

Hazırda baş vermiş hadisə ilə bağlı istintaq tədbirləri davam etdirilir.

***

10.39

Bakı. Hafiz Heydərov – APA. Azərbaycanın Abşeron rayonunda dəhşətli qətl törədilib.

APA-nın məlumatına görə, hadisə Saray qəsəbəsində qeydə alınıb.

Qəsəbə bələdiyyəsinin xanım sədri və onu həyat yoldaşı yaşadığı evdə qətlə yetirilib.

Baş vermiş hadisə ilə bağlı əməliyyat qrupu yaradılıb, cinayət işi başlanıb, istintaq gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR