Bank Of Baku

Xəzərin hüquqi statusuna dair sammitdən əvvəl işçi qrupu səviyyəsində görüş planlaşdırılır

Xəzərin hüquqi statusuna dair sammitdən əvvəl işçi qrupu səviyyəsində görüş planlaşdırılır
# 10 may 2018 15:18 (UTC +04:00)

"Xəzərin hüquqi statusu ilə bağlı sammitdən əvvəl işçi qrupu səviyyəsində görüş planlaşdırılır. Görüşün mayın 20-dən sonra Astanada keçirilməsi nəzərdə tutulub".

 

APA-nın məlumatına görə, bunu xarici işlər nazirinin müavini, işçi qrupunun üzvü Xələf Xələfov deyib.

 

X. Xələfovun sözlərinə görə, prinsipcə Xəzərin statusu ilə bağlı məsələlərin müzakirəsi başa çatıb.

 

"Ola bilsin bəzi texniki məsələlər ortaya çıxsın, razılaşdırılmalı olsun. Yəqin ki, sammitdən bir gün əvvəl nazirlərin konfransı da olacaq. Ümidvarıq ki, bu il payızın əvvəllərində sammit baş tutacaq. Bütün ölkələrlə danışıqlar aparılır. Tarix tam təsdiqlənəndən sonra ictimaiyyətə məlumat veriləcək. Təkliflərlə bağlı razılaşma əldə olunandan sonra qərar açıqlacaq. Sammit çərçivəsində Yekun bəyannamənin və bəzi sahəvi əməkdaşlıq sazişlərin imzalanması gözlənilir. Bütün dövlətlərin bu konvensiyanın qəbul olunmasında siyasi iradəsi var. İnanıram ki, sammit baş tutarsa, konvensiya mütləq imzalanacaq", - deyə o qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR