Daşınmaz əmlakın təkrar qeydiyyatı ilə bağlı daha bir xidmət elektronlaşdırılıb

Daşınmaz əmlakın təkrar qeydiyyatı ilə bağlı daha bir xidmət elektronlaşdırılıb
# 15 iyul 2015 08:55 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən “Daşınmaz əmlakın qeydiyyatında yeni onlayn xidmət” mövzusunda ictimai təqdimat keçirilib.

APA-Economics”in məlumatına görə, komitə sədrinin müavini Rafiq Cəlilov bildirib ki, yeni onlayn xidmətin tətbiqində məqsəd daşınmaz əmlakın qeydiyyatını daha da sadələşdirmək, qeydiyyat üçün lazım olan prosedurları minimuma endirmək, vaxt itkisini və əlavə müraciəti aradan qaldırmaqdır.

“Yeni onlayn xidmətin istifadəyə verilməsi ilə daşınmaz əmlakın təkrar qeydiyyatında mövcud olan daha bir prosedur aradan qalxıb. Belə ki, vətəndaşların, fiziki və hüququ şəxslərin notariusda rəsmiləşdirdikləri daşınmaz əmlaka dair təkrar bazarda alqı-satqı sənədləri artıq onlayn rejimdə ərazi qeydiyyat idarələrinə göndəriləcək. Bununla da, vətəndaşların notariusda edilən alqı-satqı əməliyyatından sonra sənədləşmə üçün yenidən ərazi qeydiyyatına gəlməsinə ehtiyac qalmayacaq”, - deyə sədr müavini bildirib.

R. Cəlilovun sözlərinə görə, əgər əvvəllər qeydiyyat üçün 4 prosedur tələb olunurdusa, onlayn xidmətlərin istifadəyə verilməsindən sonra bu say 2-yə endirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR