Azərbaycanda iki yeni investisiya qrupu yaradılıb

Azərbaycanda iki yeni investisiya qrupu yaradılıb
# 16 iyun 2016 08:06 (UTC +04:00)

Bakı - APA-Economics. "Caspian Invest Group" MMC Vergilər Nazirliyində qeydiyyatdan keçib.

Vergilər Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, şirkətin qanuni təmsilçisi Aydın Hüseynovdur. MMC-nin Müşahidə Şurasının üzvləri isə Rövşən İsmayılov, İxtiyar Əliyev, Elnur Məmmədovdur.

Şirkətin nizamnamə kapitalı 10 manatdır.

Bundan başqa, "Buta Investment Group" MMC də Vergilər Nazirliyində qeydiyyatdan keçib. MMC-nin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə Akşin Cahangirovdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR