Milli Məclisin sədri MDB Parlamentlərarası Assambleyası Şurasının iclasında iştirak edib

Milli Məclisin sədri MDB Parlamentlərarası Assambleyası Şurasının iclasında iştirak edib
# 16 aprel 2015 16:31 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Milli Məclisin sədri Oqtay Əsədov Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleyası (PA) Şurasının iclasında iştirak edib.

Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə təşkilatın növbəti plenar iclasında baxılacaq məsələlər müzakirə olunub.

Qurumun iclasında MDB PA Şurasının və Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko O. Əsədovu Rusiya prezidenti Vladimir Putin tərəfindən “Dostluq” ordeni ilə təltif olunması münasibəti ilə təbrik edərək, ordeni parlamentin sədrinə təqdim edib.

Sankt-Peterburqa səfər çərçivəsində Milli Məclisin sədri V. Matviyenko və Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinlə görüşlər keçirib. Görüşlərdə parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Həmin gün parlamentin O. Əsədov Qazaxıstan parlament məclisinin sədri Həbibulla Jakubov ilə görüşüb. Görüşdə Azərbaycan-Qazaxıstan əlaqələrinin daha da dərinləşməsi, deputatlarımızın müxtəlif beynəlxalq qurumlarda səmərəli fəaliyyəti, parlamentlərarası əlaqələrin daha da dərinləşməsi barədə söhbətlər aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR