Qan Turalının yeni kitabının təqdimatı keçirilib

Qan Turalının yeni kitabının təqdimatı keçirilib
# 11 noyabr 2012 07:54 (UTC +04:00)

Kulis. az-ın xəbərinə görə, tədbiri giriş sözü ilə açan AFU nümayəndəsi Əli Novruzov sözü müəllifə verib.

Müəllif çıxışında müasir dövrün ziddiyətlərindən danışaraq, eşqin müasir insanın düşüncə sistemində və daxili dünyasındakı yerinin izah edilməsində yerindən danışıb.

Bu dərketmə prosesində müasir dövrdə yazılan əsərlərin böyük əhəmiyyət daşıdığını qeyd edən Qan Turalı kitabını internet dünyasında eşqin anlaşılması yolunda cəhd adlandırıb.

Daha sonra çıxış edən kitabın redaktoru, gənc şair Qismət Rüstəmov kitabın bədii estetik məziyyətlərini təhlil edib, esseistikanın inkişaf əhəmiyyətini vurğulayıb.

Çıxışlardan sonra müəllif oxucular üçün kitabları imzalayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR