Azərbaycanın məşhur caz ifaçısı İsfar Sarabski Berlində konsert verib - FOTOSESSİYA

Azərbaycanın məşhur caz ifaçısı İsfar Sarabski Berlində konsert verib  - <span style="color: red;">FOTOSESSİYA
# 18 dekabr 2012 11:41 (UTC +04:00)

Birinci konsert siyasət aləmindən olan cazsevərlər üçün Avropa Azərbaycan Cəmiyyəti (AAC) tərəfindən təşkil olunub, ikinci konsert isə Berlin “JazzRadio”nun tamaşaçıları üçün keçirilib. AAC-dan APA-ya verilən məlumata görə, “Qış cazı və siyasət” adlı birinci konsert Çarli nəzarət-keçid məntəqəsi yaxınlığında, Berlində yenicə açılmış “Kuntsşule” klubunda keçirilib. 1904-cü ildə tikilmiş keçmiş “Michaelsen Palais” sarayında yerləşən klubdakı tədbirə 300 nəfər qatılıb. 2009-cu ildə Montrö Solo Caz Piano Mükafatını qazanan İsfar Sarabski iki saata yaxın çıxış edib. Onu Makar Novikov və Aleksandr Maşin müşaiyət edib. Konsertdə əsasən Sarabskinin öz kompozisiyaları, o cümlədən “Yeni Əsr”, “Novruz” əsərləri, Harold Arlenin “Over the Rainbow” əsəri, Çaykovskinin “Qu gölü”, Viktor Yanqın “Beautiful Love” əsərləri ifa olunub.

“İsfar sadəcə musiqi ifa etmir – onun ifaları dinləyicilər üçün tarixi andır. O, Montrö Solo Caz Piano Mükafatının layiqli laureatıdır, biz onun AAC və “JazzRadio Berlin”in qonağı olmasından qürur duyuruq”, - deyə “JazzRadio Berlin”in aparıcısı Lesli Naxmann təqdimatda bildirib.

İkinci konsert 1920-ci illərdə tikilmiş “Ellington Hotel”də “JazzRadio Berlin”in 120 dinləyicisi üçün keçirilib. AAC-ın mədəniyyət məsələləri üzrə müşaviri Sabina Rakçeyeva qeyd edib ki, İsfar Sarabski Azərbaycanın ən gənc, eyni zamanda ən məşhur caz ifaçılarından biridir: “Son üç ildə onun Berlində verdiyi konsertlər çox uğurlu olub. İsfar Avropada bir çox səhnələrdə və müxtəlif caz festivallarında çıxış edib.”

İsfar Sarabskinin argentinalı bəstəkar Astor Piazzollanın “Oblivion” əsərini özünəməxsus şəkildə ifa etməsi onun istedadının digər tərəfini nümayiş etdirib. Konsert tamaşaçıların ifaçını ayaq üstdə alqışlaması ilə bitib.

Hər iki konsert İsfar Sarabski və onun triosuna Avropanın aparıcı caz paytaxtlarından birində öz möhtəşəm bacarıqlarını nümayiş etdirmək üçün geniş imkanlar açıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR