Ekvadorda avtobusun dərəyə yuvarlanması nəticəsində 16 nəfər ölüb

Ekvadorda avtobusun dərəyə yuvarlanması nəticəsində 16 nəfər ölüb
# 08 noyabr 2014 22:34 (UTC +04:00)

APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, ölkənin qərbindəki Manta şəhərindən paytaxt Kitoya hərəkət edən avtobus 300 metr dərinliyi olan dərəyə düşüb. Qəza zamanı avtobusda olan sərnişinlərin dəqiq sayı hələlik məlum deyil.

Hadisə yerində xilasedicilər cəlb olunub. Onlar qəza qurbanlarının sayının artacağını istisna etmirlər.

Qəzanın səbəbləri müəyyənləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR