Bakı Ali Neft Məktəbi ilə “Total E&P Azerbaijan” şirkəti arasında əməkdaşlıq protokolu imzalanıb

Bakı Ali Neft Məktəbi  ilə “Total E&P Azerbaijan” şirkəti  arasında əməkdaşlıq protokolu imzalanıb
# 10 aprel 2013 10:57 (UTC +04:00)

APA-nın xəbərinə görə, protokolu BANM-nin rektoru Elmar Qasımov və “Total E&P Azerbaijan” şirkətinin baş meneceri Kristian Jüdiselli imzalayıb. İmzalanma mərasimində Fransanın Azərbaycandakı səfiri Paskal Mönye də iştirak edib.

Tədbirdə çıxış edən BANM rektoru Elmar Qasımov deyib ki, əməkdaşlıq protokolunun imzalanması ilə “Total E & P Azerbaijan” şirkəti öz üzərinə bir sıra öhdəliklər götürür: ““Total E & P Azerbaijan” Bakı Ali Neft Məktəbi və Fransanın neft-qaz və kimya yönümlü ali təhsil müəssisələri arasında əməkdaşlığın qurulmasına, BANM müəllimlərinin Fransada doktorantura təhsili almalarına, tələbələrin bir qisminin “Total” şirkətinin baş ofisində təcrübə keçmələrinə, “Professionallar Assosiasiyası”nın üzvlərinin BANM tələbələri üçün mühazirələr oxumalarına, Məktəbin tələbələrinin Fransanın elm və tədris müəssisələrinin kitabxana-informasiya resurslarından istifadə etmələrinə yardım edəcək”.

E. Qasımov deyib ki, beynəlxalq standartlara cavab verən kadrların hazırlanması ölkə üçün prioritet məsələyə çevrilib. BANM-nin uyaradılması da məhz bu məqsədə xidmət edir: “Dünyanın enerji sahəsində tanınmış şirkətləri və təhsil müəssisələri ilə əməkdaşlıq BANM üçün mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan böyük təcrübəyə malik “Total E&P Azerbaijan” şirkəti ilə əməkdaşlıq bizim üçün olduqca vacibdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR