Türkiyənin müdafiə naziri: “NATO-dan Suriya ilə bağlı plan hazırlamasını istədik”

Türkiyənin müdafiə naziri: “NATO-dan Suriya ilə bağlı plan hazırlamasını istədik”
# 06 oktyabr 2014 20:29 (UTC +04:00)

APA-nın Türkiyənin Doğan xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin müdafiə naziri İsmət Yılmaz deyib.

Müdafiə naziri qeyd edib ki, NATO-nun Vaşinqton Müqaviləsinin 5-ci maddəsində açıq şəkildə üzv ölkələrdən birinə edilmiş hücumun digər ölkələrə edilmiş kimi qəbul olunduğu yazılıb: “Belə olanda dərhal NATO-nun ortaq müdafiə sistemi fəaliyyətə başlayır. Türkiyəyə qarşı da hər hansı təhdid olarsa, NATO Vaşinqton Müqaviləsinin 5-ci maddəsinin tələbinə əməl edəcək. NATO-nin baş katibi də məhz bunu nəzərdə tutaraq, bir hücum olacağı təqdirdə Türkiyənin yanında olacaqlarını dedi”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR