Bakıda maşın piyadanı vuraraq öldürüb

Bakıda maşın piyadanı vuraraq öldürüb
# 11 aprel 2015 10:30 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə aprelin 10-u saat 21:30 radələrində, Moskva prospektində qeyd alınıb. Bakı şəhər sakini Rusif Pərviz oğlu Hacıyev idarə etdiyi “VAZ-21015” markalı avtomobillə Ağcəbədi rayon sakini Cahid Elyar oğlu Rüstəmovu vurub. Nəticədə piyada aldığı xəsarətdən ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR