Yaponiyada yağan güclü qar ciddi fəsadlar törədib

Yaponiyada yağan güclü qar ciddi fəsadlar törədib
# 18 dekabr 2014 02:18 (UTC +04:00)

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Honsyu adasının şimal-qərb hissəsində 93 aviareys ləğv olunub, yağıntılar və şiddətli külək dəmiryol nəqliyyatının hərəkətinə təsir edib.

Hokkaydo adasının şərqində 240 yerli sakin evakuasiya edilib, daha 1 500 sakinə təcili olaraq evlərini tərk etmək tövsiyə olunub.

Yaponiyanın Milli Meteorologiya İdarəsinin məlumatına əsasən, Niiqata prefekturasında qar örtüyünün hündürlüyü 160 sm təşkil edib, Hokkaydo da isə sutka ərzində 90 sm yağıntı düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR