Uorlik: "Dağlıq Qarabağ əhalisinin mövqeyi münaqişənin nizamlanmasında ifadə olunmalıdır"

Uorlik: "Dağlıq Qarabağ əhalisinin mövqeyi münaqişənin nizamlanmasında ifadə olunmalıdır"
# 23 iyun 2016 21:47 (UTC +04:00)

Bakı-APA. ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ əhalisinin mövqeyinin münaqişənin nizamlanmasında ifadə olunmasını vacib hesab edir.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik erməni mətbuatına açıqlamasında bildirib.

“Dağlıq Qarabağ əhalisinin mövqeyinin çatdırılması çox vacibdir. Bu səbəbdən də həmsədrlər Dağlıq Qarabağın de-fakto hakimiyyət nümayəndələri ilə mütəmadi olaraq görüşlər keçirir”, - deyə Uorlik qeyd edib.

“Biz, Dağlıq Qarabağ əhalisinin səsini hərtərəfli qərar çərçivəsində ən yaxşı hansı şəkildə təmin edilməsinə dair qərar verməliyik”, - diplomat əlavə edib.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, Polşa, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir. 1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR