Multikulturalizm Mərkəzinin 1 yaşı qeyd edilib - FOTO

Multikulturalizm Mərkəzinin 1 yaşı qeyd edilib - <span style="color: red;">FOTO
# 16 may 2015 14:59 (UTC +04:00)

Bakı-APA. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, BBMM-nin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayevin iştirakı ilə Mərkəzin bir yaşı qeyd edilib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən APA-ya verilən məlumata görə, tədbirdə çıxış edən akademik Kamal Abdullayev Mərkəzin bir yaşının tamam olması münasibəti ilə bütün iştirakçıları təbrik edib və ötən il mayın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə yaradılan Multikulturalizm Mərkəzinin missiyası və həyata keçirdiyi layihələr barədə danışıb. K. Abdullayev qeyd edib ki, 7 xarici ölkə təhsil ocaqlarında və 8 yerli universitetlərdə tədris edilən “Azərbaycan multikulturalizmi” fənni Azərbaycan mədəniyyətini, tarixini, ədəbiyyatını və tolerantlıq ənənələrini dünyaya duyurmaq baxımından çox mühüm əhəmiyyət kəsb edib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin müşaviri Aynur Bəşirli Mərkəzin illik fəaliyyəti, İcraçı direktor, professor Azad Məmmədov isə Mərkəzin gələcək layihələri barədə məlumat verib.

Tədbirdə Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev, ”Ronahi” Kürd mərkəzinin sədri Fəxrəddin Paşayev, ”Arqo” Yunan Cəmiyyətinin sədri Səidə Mehtiyeva, Azərbaycan ingiloy icmasının sədri Sevinc Bulacova, talış icmasının nümayəndəsi İradə Məlikova çıxış edərək Azərbaycanda milli və dini qruplara yaradılan şərait, onlara olan yüksək diqqət və qayğı bərədə ürək sözlərini bildirib.

Tədbirin sonunda “Azərbaycan multikulturalizmi” fənninin monitorinqini aparan ziyalılara Multikulturalizm Mərkəzinin fəxri üzvlük, yazar- jurnalistlərə, Mərkəzin keçirdiyi treninqləri uğurla başa vuran müəllimlərə, icma nümayəndələrinə isə üzvlük kartları təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR