Lənkəran şəhər sakini bıçaqlanıb

Lənkəran şəhər sakini bıçaqlanıb
# 22 avqust 2015 00:25 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda bıçaqlanma hadisəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə avqustun 22-də saat 02.30 radələrində şəhərin “Mikrorayon” ərazisində qeydə alınıb. Şəhər sakini, 1984-cü il təvəllüdlü Vüsal Möhübbət oğlu Əliyev adı hələlik açıqlanmayan şəxs tərəfindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hazırda həkimlər tərəfindən onun həyatını xilas etməkdən ötrü müvafiq cərrahi tədbirlər görülür.

Faktla bağlı rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırmalara başlayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR