Nikolas Maduro venesuelalıları milli birliyə çağırıb

Nikolas Maduro venesuelalıları milli birliyə çağırıb
# 19 aprel 2013 22:59 (UTC +04:00)

Bakı-APA. Rəsmi olaraq vəzifəsinin icrasına başlamış Venesuela prezidenti Nikolas Maduro xalqa ilk müraciətində ölkədə sülhü bərpa etməyə söz verib və müxalifəti dialoqa çağırıb.

«Mən ölkənin iki düşərgəyə bölünməsinə son qoymağa çağırıram. Hamını, o cümlədən müxalifətdən olan siyasətçiləri onların təqdim edə biləcəkləri müxtəlif ssenarilər üzrə danışıqlara başlamağa çağırıram… Mən hətta İblislə danışıqlara hazıram, Allah günahımdan keçsin», deyə Maduro bildirib. Həmçinin o iqtisadiyyatda təxribatlara, cəmiyyətdə nifrət və dözülməzliyə son qoymağa çağırıb.

Dövlət başçısı seçkilərdə onun əleyhinə səs vermiş venesuelalıların (49%) hüquqlarına hörmət edəcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR