İranda zəlzələdə ölənlərin sayı 39-a çatıb

İranda zəlzələdə ölənlərin sayı 39-a çatıb
# 10 aprel 2013 10:59 (UTC +04:00)

APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bu rəqəmi İranın Qırmızı Aypara Cəmiyyətinin sədri Mahmud Müzəffər açıqlayıb.

Onun sözlərinə görə, təbii fəlakət nəticəsində 700 ev dağılıb, 850 nəfər də yaralanıb: “Artıq xilasetmə əməliyyatları başa çatdırılıb. Çünki hazırda dağıntılar altında heç kim qalmayıb. Zərərçəkənlərə lazımi yardımlar göstərilir və yaralıların müalicəsi davam etdirilir”.

Qeyd edək ki, aprelin 9-da yerli vaxtla saat 16:22-də yerin 12 km dərinliyində Buşəhr vilayətinin Kaki şəhərində Rixter cədvəli ilə 6.1 bal gücündə zəlzələ baş verib. Zəlzələ Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Qətər, Bəhreyn və Səudiyyə Ərəbistanında da hiss olunub. İndiyədək ərazidə 90 təkrar təkan qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR