Daşınmaz əmlakın icbari sığortasına maraq azalıb

Daşınmaz əmlakın icbari sığortasına maraq azalıb
# 06 avqust 2015 07:48 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. İyul ayında daşınmaz əmlakın icbari sığortası üzrə 7 893 müqavilə bağlanıb.

İcbari Sığorta Bürosundan “APA-Economics”ə verilən məlumata görə, daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği isə 1,3 mln. manat təşkil edib.

Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 69,35%-i yaşayış evləri və mənzillər, 0,38%-i inzibati binalar, 30,27%-i isə digər daşınmaz əmlakla bağlı olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında 4,9%, sığorta haqlarının məbləğində isə 9,4% azalma müşahidə edilib.

İyul ayında daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 369, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 9 sığorta müqaviləsi bağlanılıb.

Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə daxil olan sığorta haqları 27 930 manat, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə daxil olan sığorta haqları isə 1 819 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR