BTC ilə nəql olunan Azərbaycan neftinin həcmi 10% artıb

BTC ilə nəql olunan Azərbaycan neftinin həcmi 10% artıb
# 08 iyun 2016 12:35 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin may ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 mln. 625 min 235 ton Azərbaycan nefti nəql olunub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 10% çoxdur.

SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, bu ilin yanvar-may aylarında bu kəmərlə 12 mln. 440 min 802 ton neft ötürülüb ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,14% çoxdur.

Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2016-cı il iyun ayının 1-ə qədər BTC-yə 305 mln. 116 min 191 ton neft vurulub.

Bundan başqa, bu ilin may ayında BTC kəməri ilə 404 min 436 ton Türkmənistan nefti nəql olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR