Fransa səfiri: “Azərbaycana rəhbərlik edənlərin gələcəyə baxışları xoşuma gəlir”

Fransa səfiri: “Azərbaycana rəhbərlik edənlərin gələcəyə baxışları xoşuma gəlir”
# 14 may 2015 11:09 (UTC +04:00)

Təbii ki, neft-qaz sektorundan kənarda uğurlu iqtisadiyyata nail olmaq üçün nəqliyyat, şəhər nəqliyyatı, metro, eyni zamanda telekommunikasiya kimi infrastruktur layihələrə sərmayələrin qoyulması yaxşı olardı. Bütün bu sahələr üçün Fransanın təqdim edə biləcəyi müasir texnologiyalar var. Bu da indiyə qədər Bakının yolunu belə tanımayan Fransa şirkətləri üçün böyük imkanlar açır”.

Bu sözləri APA-ya açıqlamasında Parisdə Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə keçirilmiş II “Fransa-Azərbaycan 2015” biznes forumunda iştirak edən Fransanın Azərbaycandakı səfiri Paskal Mönye deyib.

P. Mönye bildirib ki, iri layihələr nəzərə alınmazsa, davamlı iqtisadi artımın, ticarətin kökündə duran amil kiçik və orta sahibkarlığın inkişaf etdirilməsidir: “Təəssüf ki, bu vaxta kimi biz belə şirkətləri lazımınca dəstəkləmək imkanında olmamışıq. Amma təxminən bir ildir ki, “Biznes Frans” qurumu kiçik və orta sahibkarlığın inkişaf etdirilməsinə yardım göstərir, Fransa-Azərbaycan Ticarət Palatası da öz növbəsində tam gücü ilə işləməyə başlayıb. Bu qurum iki həftədir qeydiyyata alınıb və bundan sonra belə şirkətlərə ölkənizi daha yaxşı tanımaq üçün yardım göstərə biləcək. Hazırkı Fransa-Azərbaycan biznes forumundan əlavə, iyunun 6-da Bakıda “Davamlı şəhər” mövzusuna dair forum təşkil olunacaq. Əlbəttə ki, davamlı şəhər mövzusu Azərbaycanda bir çox sahələri əhatə edir. Bura binaların daha müasir şəkildə tikilməsini nəzərdə tutan inşaat, göllərin və Xəzər dənizinin təmizlənməsini əhatə edən ətraf mühitin qorunması kimi məsələlər aiddir. Bütün bu layihələr Fransa, Azərbaycan və eyni zamanda fransız şirkətlərinin Türkiyə filiallarının birgə çalışmasına imkan yaradacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR