Dövlət sərhədindən narkotik keçirməyə cəhd edən 13 Azərbaycan, 5 İran vətəndaşı saxlanılıb

Dövlət sərhədindən narkotik keçirməyə cəhd edən 13 Azərbaycan, 5 İran vətəndaşı saxlanılıb
# 13 iyul 2015 13:39 (UTC +04:00)

APA-nın məlumatına görə, DSX-nin Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasına təqdim etdiyi hesabata əsasən 2015-ci ilin 6 ayı ərzində dövlət sərhədində 72,928 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Ötən illə müqayisədə DSX tərəfindən qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələrin miqdarı 22,8 % azalıb. DSX tərəfindən keçirilən kompleks tədbirlər nəticəsində 72,928 kiloqram narkotik vasitənin (3 kiloqram 177 qram heroin, 37 kiloqram 66 qram tiryək, 4 kiloqram 18 qram həşiş və həşiş qətranı, 27 kiloqram 139 qram marixuana, 20 qram metadon, 29 qram metamfetamin) dövlət sərhədindən keçirilməsinə cəhd edən 13 nəfər Azərbaycan Respublikası, 5 nəfər İran İslam Respublikası vətəndaşı saxlanılıb, cinayət məsuliyyətinə cəlb olunub.

Bununla yanaşı, cari ildə sərhədyanı meşə və çöllük sahələrində yabanı bitən 8070 kiloqram xaş-xaş (Zaqatala və Yardımlı rayonları), 1179 kiloqram çətənə kolları (Lerik və Astara rayonları) və Astara rayonunun Züngüləş kəndinə yaxın dağ massivində xüsusi aqrotexniki qaydada becərilmiş 19 kiloqrama yaxın çətənə kolları polis, ərazi icra və bələdiyyə nümayəndələrinin iştirakı ilə məhv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR