Bakıda keçirilən İSO 55001-2014 standartı üzrə təlim başa çatıb

Bakıda keçirilən İSO 55001-2014 standartı üzrə təlim başa çatıb
# 22 iyul 2014 13:01 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Bu il iyulun 7-10-da Bakıda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu və Britaniya Standartlar İnstitutunun (BSİ) birgə təşkilatçılığı ilə həyata keçirilən aktivlərin idarə edilməsi sistemi tələblərini müəyyən edən İSO 55001-2014 standartı üzrə dörd günlük təlim başa çatıb.

Komitənin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, təlimdə Azərbaycanda geniş infrastruktura malik dövlət və özəl şirkətlərin nümayəndələri iştirak edib.

Təlim üç hissədən ibarət olmaqla, aktivlərin idarə edilməsinin əsaslarını, İSO 55001 tələblərini, İSO 55001 üzrə auditin əsas aspektlərini özündə cəmləşdirib. Təlim zamanı Britaniya Standartlar İnstitutunun nümayəndəsi Pedro Pastrana təlim iştirakçılarına İSO 55001 “Aktivlərin idarəedilməsi sistemi” standartının tətbiqi barədə geniş məlumat verib.

Qeyd edək ki, təlimin keçirilməsində əsas məqsəd iri şirkətlərin infrastrukturunun, aktivlərinin effektiv idarə edilməsinin yüksəldilməsi istiqamətləri barədə şirkət nümayəndələrini məlumatlandırmaq, biznesin strateji məqsədlərinə nail olmaqda müəssisələrə öz aktivlərindən effektiv və səmərəli istifadə etmə yollarını göstərmək olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR