Astara rayonunda 1 yaşlı uşaq yanaraq ölüb

Astara rayonunda 1 yaşlı uşaq yanaraq ölüb
# 18 fevral 2013 09:03 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Azərbaycanda 1 yaşlı uşaq faciəli şəkildə ölüb. APA-nın məlumatına görə, hadisə Astara rayonunun Səlivə kəndində qeydə alınıb. Kənd sakini Bəylər İbrahimova məxsus taxtadan tikilən ümumi sahəsi 9 kv/m olan 1 otaqlı evdə yanğın baş verib. Nəticədə bütövlükdə evin yanar konstruksiyaları və oradakı əşyalar yanaraq sıradan çıxıb. Yanğın zamanı həmçinin Bəylər İbrahimovun qızı 1 yaşlı Aytac isə aldığı yanıq xəsarətindən ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR