İsrail səfiri “APA Holdinq”də olub

İsrail səfiri “APA Holdinq”də olub
# 14 iyun 2016 11:26 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. İsrailin Azərbaycandakı səfiri Dan Stav “APA Holdinq”in qonağı olub.

APA-nın məlumatına görə, holdinqin prezidenti Vüsalə Mahirqızı İsrail səfirini və bu ölkədən olan qonaqları qəbul etməkdən hər zaman məmnun olduğunu bildirib. O, iki ölkə arasında münasibətlərin hər sahədə, o cümlədən media sahəsində inkişaf etdiyini qeyd edib.

Öz növbəsində, səfir Dan Stav APA agentliyi ilə əməkdaşlığa hər zaman önəm verdiklərini deyib, səfirliklə agentlik arasında münasibətlərin inkişafında daha da maraqlı olduqlarını bildirib.

Görüşdə iki ölkə arasında əlaqələr, medianın inkişafı və digər mövzular barəsində fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR