Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə radio yayımı üçün lisenziya verilib

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə radio yayımı üçün lisenziya verilib
# 02 aprel 2013 14:28 (UTC +04:00)

Şuradan APA-ya verilən məlumata görə, iclasda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin radio yayımı və “Caspian İnternational Broadcasting Company” MMC-nin peyk vasitəsilə televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) verilməsi barədə müraciətlərinə və təşkilati məsələlərə baxılıb.

MTRŞ tərəfindən “Televiziya və radio yayımı haqqında” qanunun 7 (dövlət yayımçısı), 15.1-ci maddələrinin tələblərinə uyğun olaraq Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə 107.7 MHz tezliyi üzrə radio yayımı üçün müsabiqədənkənar 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilməsi barədə qərar qəbul edilib.

İclasda “Televiziya və radio yayımı haqqında” qanunun 29-cu maddəsinin tələblərinə uyğun olaraq “Caspian İnternational Broadcasting Company” MMC-yə 6 il müddətinə peyk vasitəsilə televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) verilməsi barədə qərar qəbul olunub.

Eyni zamanda iclasda ölkə prezidentinin 5 oktyabr 2002-ci il tarixli, 795 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 17-ci bəndinə uyğun olaraq MTRŞ üzvü Cəbiyev Qafar Cəfər oğlu Milli Televiziya və Radio Şurasının sədr müavini seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR