Nazirlik Samuxda əlil və şəhid ailələrini yeni fərdi yaşayış evləri ilə təmin edib

Nazirlik Samuxda əlil və şəhid ailələrini yeni fərdi yaşayış evləri ilə təmin edib
# 20 iyul 2016 10:21 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Samux rayonunda inşa edilmiş 4 ədəd fərdi yaşayış evi Qarabağ müharibəsi əlillərinə və şəhid ailəsinə təqdim olunub.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, yeni mənzillə təmin olunan şəxslər sosial cəhətdən həssas qrupların, o cümlədən əlil və şəhid ailələrinin yaşayış şəraitlərinin yaxşılaşdırılması istiqamətində fəal və məqsədyönlü dövlət siyasətinin həyata keçirilməsinə, sosial təminatlarının gücləndirilməsinə və yeni mənzillərlə təmin edilmələrinə görə minnətdarlıqlarını ifadə ediblər.

Tədbirdə vurğulanıb ki, cari ildə respublikanın müxtəlif rayonları üzrə 108 fərdi yaşayış evi, Abşeron rayonunda hazır yaşayış binalarından alınaraq təmir etdirilib 53 mənzil və Beyləqan rayonunda 54 mənzilli yaşayış binası istifadəyə verilməklə 215 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzillə təmin edilib. (Onlardan 136 nəfəri Qarabağ müharibəsi əlili, 79-u isə şəhid ailəsidir)

Bildirilib ki, qeyd olunan insanlar aylıq sosial müavinət və ya əmək pensiyası, eyni zamanda Azərbaycan prezidentinin aylıq təqaüdləri ilə təmin edilirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR