Iranda 4,3 bal gücündə zəlzələ baş verib

Iranda 4,3 bal gücündə zəlzələ baş verib
# 05 sentyabr 2014 23:59 (UTC +04:00)

Bakı-APA. İranın Şiraz şəhərində yerli vaxtla saat 04:21-də zəlzələ baş verib.

APA-nın İran.ru saytına istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Şirazdan 34 km aralıda yerləşib.

Eyni vaxtda Fars əyalətinin Lar şəhərində 3 bal gücündə zəlzələ olub.

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR