Zərdab rayonun Pərvanlı kəndinə təbii qaz verilib

Zərdab rayonun Pərvanlı kəndinə təbii qaz verilib
# 08 iyul 2015 19:14 (UTC +04:00)

Zərdab. Zahid Abışov - APA. Zərdab rayonun Pərvanlı kəndinə təbii qaz verilib.

APA- nın yerli bürosunun məlumatına görə, açılış mərasimində Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəhman Feyzullayev, “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi İbrahim Kərbəlayev və kənd sakinləri iştirak ediblər. Açılış mərasimində çıxış edən R. Feyzullayev 173 abonenti olan kəndə 4900 paqonometr daşıyıcı və paylayıcı xətt çəkildiyini , 274 evə sayğac və fərdi tənzimləyicilərin quraşdırıldığını qeyd edib.

Bildirilib ki, bu günə qədər rayonun 14 yaşayış məntəqəsi təbii qazla təmin edilib bu gündən isə artıq rayonun 15 yaşayış məntəqəsində vətəndaşlar təbii qazdan istifadə edəcəklər. Hazırda rayonun daha 11 yaşayış məntəqəsində qazlaşma işləri davam etdirilir. Çıxış edənlər qeyd edib ki, 2014 - 2018-ci illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına əsasən yaxın illərdə rayonun bütün yaşayış məntəqələri mavi yanacaqla təmin ediləcəkdir. Sonra inşaat işlərində fəallıq göstərən bir qrup işçiyə qiymətli hədiyyələr təqdim olunub. Mərasimin sonunda mavi yanacağın verilişini bildirən rəmzi məşəl alovlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR