ABŞ-ın Texas konqresinin üzvü: “Azərbaycan regionda ən sürətlə inkişaf edən ölkələrdən biridir”

ABŞ-ın Texas konqresinin üzvü: “Azərbaycan regionda ən sürətlə inkişaf edən ölkələrdən biridir”
# 13 oktyabr 2014 09:29 (UTC +04:00)

APA – nın xəbərinə görə, bunu ABŞ-ın Texas konqresinin üzvü Henri Kuelar (Henry Cuellar) "Incarnate Word" Universitetində keçirilən "dəyirmi masa" zamanı deyib.

H. Kuelar ölkəmizi ABŞ-ın müttəfiqi və strateji tərəfdaşı kimi xarakterizə edib. “Azərbaycan regionda ən sürətlə inkişaf edən iqtisadiyyata malik ölkələrdən biridir. San-Antonionun limitsiz ixrac potensialına sahib olan şəhər rolunu oynadığını nəzərə alsaq, Cənubi Texasın Azərbaycanla əlaqələrini gücləndirmək üçün böyük imkanlar var. Bundan sonra da Azərbaycanın davamlı inkişafını və ikitərəfli əlaqələrin möhkəmləndirilməsini görmək arzusundayam”, - deyə o vurğulayıb.

Qeyd edək ki, Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov da həmin tədbirdə iştirak edib. E. Süleymanov H. Kuelarla birgə "Incarnate Word" Universitetinin tələbə və müəllim heyəti ilə görüşüb. Görüşdə qlobal siyasi, iqtisadi və təhlükəsizlik məsələləri, habelə ABŞ-Azərbaycan əməkdaşlığının perspektivləri müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR