Avropa Parlamenti Ukraynaya 1,8 milyardlıq yardım paketini təsdiqləyib

Avropa Parlamenti Ukraynaya 1,8 milyardlıq yardım paketini təsdiqləyib
# 25 mart 2015 22:19 (UTC +04:00)

Bakı-APA. Avropa Parlamenti Ukraynaya 1,8 milyard avro məbləğində yardım paketini təsdiqləyib.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, deputatların böyük əksəriyyəti qərarın lehinə səs verib.

Hazırda vəsaitin ayrılması məsələsini Avropa İttifaqı Şurası həll etməlidir.

Xatırladaq ki, yanvarda Avropa Komissiyası Ukrayna iqtisadiyyatına yardım üçün 1,8 milyard avro ayrılmasını təklif etmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR