NATO Gürcüstanda təlim bazası yaradır

NATO Gürcüstanda təlim bazası yaradır
# 10 oktyabr 2014 15:36 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə – APA. NATO Gürcüstanda təlim bazası, hərbi məktəb və logistika mərkəzi açacaq. APA-nın “Qruziya Online” saytına istinadən verdiyi məlumata görə, bunu Gürcüstanın müdafiə naziri İrakli Alasaniya bildirib.

“Yeni əməkdaşlıq paketində nəzərdə tutulub ki, Gürcüstanda müxtəlif ölkələrin nümayəndələrinin hazırlıq keçəcəyi yeni hərbi məktəb, təlim bazası və həmçinin qonaq hərbçilərin qəbuluna və yola salınmasına görə cavabdehlik daşıyacaq logistika mərkəzi tikilsin”, – deyə İ.Alasaniya qeyd edib.

Nazir əlavə edib ki, yeni əməkdaşlıq paketinə daxil olan layihələrin Gürcüstanda necə icra olunduğuna nəzarət məqsədilə NATO-nun xüsusi qrupu yaradılacaq. Onun sözlərinə görə, Gürcüstan da öz növbəsində təlim bazasının təşkilinə dair öz təkliflərini irəli sürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR