DİN ötən gün Bakıda baş verən zəncirvari qəza ilə bağlı məlumat yayıb

DİN ötən gün Bakıda baş verən zəncirvari qəza ilə bağlı məlumat yayıb
# 21 noyabr 2014 10:27 (UTC +04:00)

Bakı. Fuad Cəfərov -APA. Daxili İşlər Nazirliyi (DİN) ötən gün Bakıda baş verən zəncirvari qəza ilə bağlı məlumat yayıb. APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, noyabrın 20-də saat 17 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsində Bakı şəhər sakini Nazim Məmmədovun idarə etdiyi "ZİL" markalı avtokranı həmyerlisi Hafiz Hüseynova məxsus "Mercedes" markalı avtomobilə, habelə yolun kənarında dayanmış paytaxt sakinləri Yusif Şıxlarova məxsus "Toyota", Asəf Şükürova məxsus "VAZ-2107" və David Əliyevə məxsus "Mercedes" markalı avtomobillərə vurub. Sonradan H.Hüseynovun avtomobili yolun kənarında dayanmış Bakı şəhər sakini Oqtay Zərbəliyevə məxsus "Mercedes" markalı avtomobilə dəyib. Xəsarət alan N.Məmmədova, A.Şükürova və sərnişini Orxan Şərifova xəstəxanada ilkin tibbi yardım göstərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR