Güclü yağış Lənkəranda fəsadlar törədib - FOTOSESSİYA

Güclü yağış Lənkəranda fəsadlar törədib - <span style="color: red;">FOTOSESSİYA
# 27 oktyabr 2014 09:09 (UTC +04:00)

APA-nın cənub bürosunun məlumatına görə, ən ağır vəziyyət rayonun Şağlakücə kəndində müşahidə olunur. Kənd sakinlərinin bildirdiyinə görə, sel suları həyətlərə dolub, sakinlər evdən çıxa bilmirlər.

Rayonun Siyavar kəndində də oxşar vəziyyət yaranıb. Kəndin küçələri, 100-ə yaxın həyətyanı sahə su altında qalıb. Xeyli sayda ev quşu boğularaq tələf olub. Evlərdə çatlar əmələ gəlib.

Sel suları əkin sahələrini, taxıl zəmilərini də yuyub aparıb. Suyun törətdiyi fəsadların aradan qaldırılması üçün zəruri tədbirlər görülür. Hazırda inzibati və yerli özünüidarəetmə orqanlarının əməkdaşları rayonun kəndlərində araşdırma aparırlar.

Bölgədə yağıntılı hava şəraiti isə davam etməkdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR