Bank Of Baku

Göyçay çayında batan "KamAZ"da köməksiz vəziyyətdə qalan iki nəfər xilas edilib - YENİLƏNİB

Göyçay çayında batan "KamAZ"da köməksiz vəziyyətdə qalan iki nəfər xilas edilib - <span style="color: red;">YENİLƏNİB
# 11 iyun 2018 17:53 (UTC +04:00)

Göyçay rayonunda çayın ortasında köməksiz qalan şəxsələr xilas edilib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, əraziyə Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Mingəçevirdəki Aran dalğıc-axtarış qrupunun əməkdaşları cəlb olunub.

 

Şayda batan “KamAZ”ın üstündə köməksiz vəziyyətdə qalan Əziz Əhmədov və Hilal Seyidov xilas edilib.

 

Yük maşınını isə çaydan çıxarmaq mümkün olmayıb.  

 

 

***

 

17:03

 

Göyçay rayonunda yük avtomobili çaydan keçərkən suda batıb.

 

APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Hacalıkənd kənd sakini, 1982-ci il təvəllüdlü  Əziz Mətləb oğlu Əhmədovun idarə etdiyi 23 BC-201 dövlət nömrə nişanlı, "KaMAZ" markalı yük avtomobili Potu kəndi ərazisində Göyçay çayı ilə Yuxarı Şirvan kanalının kəsişdiyi ərazidə suda batıb.

 

Göyçay çayı üzərindəki körpünü sel apardığı üçün sürücü çayın bir tərəfindən o biri tərəfinə yük maşını ilə keçmək istəyib və suyun sürətlə axdığı yerdə idarəetməni itirib. Su yük maşınını 100 metr apararaq çayın dərin yerinə salıb. Yük maşını tamamilə batıb, sürücü və sərnişini, Bığır kənd sakini Seyidov Hilal Akif oğlu yük maşınının üstünə çıxıblar.

 

Əraziyə FHN və polis əməkdaşları cəlb olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR