İrandan Azərbaycana narkotik vasitələrin gətirilməsinin qarşı alınıb

İrandan Azərbaycana narkotik vasitələrin gətirilməsinin qarşı alınıb
# 16 iyun 2016 10:46 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana gələn İran vətəndaşının idarə etdiyi sərnişin avtobusuna “Nina” ləqəbli kinoloji xidmətitinin tətbiqi ilə baxış keçirilib.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, yoxlama zamanı 13-14 nömrəli oturacaqların arasından gömrük nəzarətindən gizlədilən, üzərində heç bir yazı olmayan 1 ədəd plastik qabda 100 ml həcmində “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin”in II Siyahısına daxil olan metadon məhlulu aşkar olunub.

Yoxlama zamanı avtobusun sərnişini olan digər İran vətəndaşının əl çantasından isə 56 ədəd həbdən ibarət “Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixatrop maddələr”in III Siyahısına daxil olan “Diazepam”, 229 ədəd həbdən ibarət eyni siyahıya daxil olan “Klonazepam” adlı dərman preparatları aşkar edilərək götürülüb.

Qeyd edək ki, 100 ml məhlulda metadonun quru maddəsinin ümumi miqdarı 0,1 qram, 56 ədəd həbdə diazepamın təsiredici maddəsinin ümumi miqdarı 0,112 qram, 229 ədəd həbdə klonazepamın təsiredici maddəsinin ümumi miqdarı 0,458 qram təşkil edir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR