Azərbaycanda “TOUR d’ AZERBAİDJAN” velosiped turu ilə əlaqədar bağlanacaq yolların siyahısı açıqlanıb

Azərbaycanda “TOUR d’ AZERBAİDJAN” velosiped turu ilə əlaqədar bağlanacaq yolların siyahısı açıqlanıb
# 05 may 2015 14:51 (UTC +04:00)

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, Heydər Əliyevin xatirəsinə həsr olunmuş Azərbaycanın Bakı, Sumqayıt və Mingəçevir şəhərləri, Abşeron, Qobustan, Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Ağdaş, Yevlax, Oğuz, Şəki rayonlarının ərazisindən keçməklə, 5 mərhələdən ibarət olan “TOUR d’ AZERBAİDJAN” beynəlxalq velosiped turunun 1-ci mərhələsinin keçirilməsi ilə əlaqədar mayın 6-da aşağıdakı küçə və yollarda qeyd olunan müddət ərzində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq:

Bakı şəhərində:

Bayraq meydanından Bibiheybət məscidinədək (Salyan şosesi, əks istiqamətdə)

saat 10:00-dan 10:40-dək,

Bakı-Ələt yolunda:

Bakı-Sahil qəsəbəsi yolunda (Ələt istiqamətində)

saat 10:30-dan 11:10-dək,

Sahil-Zeynalabdin Tağıyev qəsəbələrini birləşdirən yolda:

Sahil-Zeynalabdin Tağıyev yolu (hər iki istiqamətdə)

saat 11:00-dan 12:00-dək,

Bakı-Şamaxı yolunda:

Bakı-Şamaxı yolu, Sulutəpə qəsəbəsinədək (Bakı istiqamətində)

saat 11:50-dən 12:15-dək,

Bakı-Sumqayıt yolunda:

Bakı-Sumqayıt yolu, Sulutəpə qəsəbəsindən Masazır qəsəbəsinədək (Sumqayıt istiqamətində)

saat 12:10-dan 12:25-dək,

Masazır-Novxanı-Sumqayıt yolunda:

Masazır-Novxanı yolu (hər iki istiqamətdə)

saat 12:15-dən 12:30-dək,

Novxanı-Sumqayıt dəniz kənarı yolu (hər iki istiqamətdə)

saat 12:20-dən 12:45-dək,

Sumqayıt şəhərində:

Azərbaycan, Heydər Əliyev, Cəfər Cabbarlı, Zülfü Hacıyev, Sülh prospektləri, habelə Üzeyir Hacıbəyov küçəsi ilə Babək prospektinin kəsişdiyi ərazi

saat 12:30-dan 14:30-dək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR