Tiflisdə energetika sahəsində beynəlxalq konfrans keçirilir - FOTO

Tiflisdə energetika sahəsində beynəlxalq konfrans keçirilir - <span style="color: red;">FOTO
# 18 aprel 2013 15:15 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Bu gün Gürcüstan paytaxtında Avropa Birliyi və MDB dövlətlərinin iştirakı ilə energetika sahəsində beynəlxalq konfrans (İNOGATE) başlayıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, “Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində binaların enerji ilə təchiz edilməsi təşəbbüsü” layihəsinin (ESİB) təşkilatçılığı və Avropa Birliyinin maliyyə dəstəyi ilə keçirilir.

Tədbirdə Gürcüstanın iqtisadiyyat və sabit inkişaf nazirinin müavini Dimitri Kumsiaşvili, energetika və təbii resurslar nazirinin müavini Mariam Valişvili, ESİB proqramının ekspertlər qrupu layihəsinin rəhbəri Roberto Lo Çiçero Vayna və digər ölkələrin enerji agentliklərinin nümayəndələri çıxış ediblər.

Tədbirdə iştirak edən Azərbaycan Sənaye və Energetika Nazirliyinin investisiya departamentinin müdiri Ramiz Rzayev jurnalistlərə açıqlamasında bugünkü konfransın böyük əhəmiyyətini qeyd edib: “Biz konfransda Azərbaycanın enerji siyasəti barədə məlumat verdik. Bu siyasət bizim enerji təhlükəsizliyimizdir. Azərbaycanın bu sahədə birinci istiqaməti öz resursları və infrastruktur imkanları ilə regional və qlobal enerji təhlükəsizliyi məsələlərində iştirakıdır. İkinci istiqamət iqtisadiyyatımızın enerji səmərəliliyidir, üçüncü istiqamət energetikanın büdcə səmərəliliyi, dördüncü istiqamət isə ölkəmizdə ekoloji tarazlığın qorunub saxlanılmasıdır. Bu sahələrdə hansı proqram və layihələri həyata keçirmək lazım olduğunu biz konfrans iştirakçılarına ətraflı məlumat verdik”.

ESİB proqramının ekspertlər qrupu layihəsinin rəhbəri Roberto Lo Çiçero Vayna APA-ya açıqlamasında Azərbaycanın Avropa bazarında böyük rol oynadığını bildirib: “Avropanın enerji ilə təmin edilməsində Azərbaycanın rolu vacibdir. Azərbaycan çox varlı ölkədir. Onun böyük resursları var. Bu ölkə öz resurslarını daxildə çox ucuz satır və bu resurslardan qənaətlə istifadə edərək, məhsulunu xaricə 3-4-5 dəfə qiymətlə sata bilər. Bu resurslar tükənə də bilər. Lakin Azərbaycan qənaət edərsə, 50-100 il deyil, 300 il də qaz istehsal edə bilər və müştəriləri çox olar. Avropa həmişə Azərbaycandan qaz almağa hazırdır”.

Konfrans sabah dəyirmi masa ətrafında müzakirələrlə davam edəcək və tövsiyələr qəbul olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR