BTRİB kabel-kanal sistemində qeydə alınan çatışmazlıqları aradan qaldırır

BTRİB kabel-kanal sistemində qeydə alınan çatışmazlıqları aradan qaldırır
# 08 iyun 2016 15:59 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) tərəfindən kabel-kanal sistemində qeydə alınan çatışmazlıqların aradan qaldırılması davam etdirilir.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, hazırda paytaxtın normadan çox yüklənən kabel-kanal sistemində nizamlama işləri aparılır, artıq xeyli sayda quyu texniki normalara uyğunlaşdırılıb.

Həyata keçirilən işlərin nəticəsi olaraq bütün normativ tələblərə cavab verən, keyfiyyətli və davamlı rabitəni təmin edən, istər dövlət qurumlarının, istərsə də özəl şirkət və təşkilatların tələbatına cavab verən kabel-kanal sistemi yaradılacaq.

Qeyd edək ki, sistemin uzun illər normativə uyğun düzgün istismar edilməməsi, kabel-kanal sistemində kabellərin səliqəsiz və sıx yerləşdirilməsi, montajın normativlərə cavab verməməsi bu resursun texniki istismarını mümkünsüz edib. Kabel-kanalların bu cür istismarı zədəli kabellərin demontajı zamanı digərlərinin zədələnməsinə səbəb olur və yeni kabellərin çəkilməsini qeyri-mümkün edir.

Məlumat üçün bildirək ki, BTRİB-in balansında və istismarında 16 900 müxtəlif ölçülü quyu, 1 820 km telefon kanalizasiyası və 4006 km kabel kanalı var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR