AVCİYA: Bu seçkilər vətəndaş cəmiyyəti quruculuğunda mühüm mərhələdir

AVCİYA: Bu seçkilər vətəndaş cəmiyyəti quruculuğunda mühüm mərhələdir
# 02 noyabr 2015 11:16 (UTC +04:00)

Bakı – APA. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Milli Məclisə seçkilərlə əlaqədar bəyanat yayıb.

APA-nın məlumatına görə, bəyanatda AVCİYA-nın seçkilərin daha ədalətli və demokratik keçirilməsi, seçki praktikasının təkmilləşdirilməsinə yaxından kömək göstərmək məqsədilə 63 DSK üzrə müşahidəni təşkil etdiyi bildirilir: “Bu işin təşkili prosesində regionlarda AVCİYA təlimçilərinin iştirakı ilə seminarlar keçirilib, seçki günü ölkə üzrə bəzi ərazilərdə bəzi texniki çatışmazlıqlardan başqa elə bir ciddi qanun pozuntusu qeydə alınmayıb. Seçki günü qeydə alınmış bəzi çatışmazlıqlar çox az sayda məntəqələri əhatə edib və buna görə də seçkinin nəticələrinə təsir etmək gücündə olmayıb”.

AVCİYA seçkilərin Azərbaycan Respublikasının Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə tam uyğun olaraq ədalətli və şəffaf keçdiyini, seçki mühitinin əvvəlki illərlə müqayisədə daha stabil, daha konstruktiv və demokratik olduğunu vurğulayıb, bu seçkilərin Azərbaycan dövlətinin daha da güclənməsi, vətəndaş cəmiyyəti quruculuğunda mühüm mərhələ olduğunu bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR