Zaqatalada avtomobil ağaca çırpılıb, bir nəfər ölüb - VİDEO

Zaqatalada avtomobil ağaca çırpılıb, bir nəfər ölüb - <span style="color: red;">VİDEO
# 11 may 2015 08:11 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov - APA. Zaqatalada ölümlə nəticələnən yol qəzası baş verib.

Zaqatala Rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə bu gün səhər saatlarında Zaqatala-Muğanlı avtomobil yolunun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Zaqatala rayonu Donbabinə kənd sakini, 1982-ci il təvəllüdlü İlkin Zakir oğlu Şıxamirovun idarə etdiyi “Tofaş” markalı, 62 BH 073 dövlət nömrə nişanlı avtomobil Zaqatala şəhəri istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində ağır bədən xəsarətləri alan İ. Şıxamirov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılarkən yolda keçinib.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR