Teatr xadimləri “Artmiqrasiya 2015” Ümumrusiya gənclərinin teatr forumunda iştirak edəcəklər

Teatr xadimləri “Artmiqrasiya 2015” Ümumrusiya gənclərinin teatr forumunda iştirak edəcəklər
# 02 sentyabr 2015 09:10 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan gənc teatr xadimləri sentyabrın 11-dən 15-dək Moskvada keçiriləcək “Artmiqrasiya 2015” III Ümumrusiya gənclərinin teatr forumunda iştirak edəcəklər.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, tədbirdə Rus Dram Teatrının aktyorları Oleq Əmirbəyov və Teymur Rəhimov, Gənc Tamaşaçılar Teatrının aktrisası Günel Məmmədova və aktyor Eşqin Quliyev, Lənkəran Dövlət Dram Teatrının baş rejissoru Tural Mustafayev iştirak edəcəklər.

Rusiya Teatr Xadimləri İttifaqının təşkil etdiyi festival-forumun məqsədi yaradıcı gəncləri stimullaşdırmaq, onlar arasında yaradıcılıq əlaqələri qurmaq və müştərək layihələrdə iştiraklarını təmin etməkdir.

Rusiya, MDB və Baltikyanı ölkələrdən gənc teatr mütəxəssisləri iştirak edəcəyi tədbirdə gənc rejissorların səhnəyə qoyduğu tamaşalar da nümayiş etdiriləcək.

Şöbədən bildiriblər ki, Rusiyanın müxtəlif şəhərlərindən festivala qatılmaq üçün 70-dən artıq ərizə daxil olsa da, ekspertlər 5 tamaşanın nümayişini forumun proqramına daxil ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR